...

Qızıl məmulatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 24 Avqust 2021 14:12 (UTC +04:00)
Qızıl məmulatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb

Bakı. Çingiz Səfərli - Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Kanal"a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.

Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qəhvəyi rəngli çamadanın və qara rəngli baqajın içərisində gömrük nəzarətindən gizlədilən 4 ədəd sırğa-üzük dəsti, 1 ədəd sırğa-üzük-klon dəsti və 1 ədəd qolbaq aşkar edilib.

Aşkar edilən predmetlər qızıldan hazırlanan, ümumi çəkisi 114 qram olan zərgərlik məmulatlarıdır.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti