...

Suraxanıda ikimərtəbəli tikilidə yanğın olub

Hadisə Materials 8 Sentyabr 2021 19:39 (UTC +04:00)
Suraxanıda ikimərtəbəli tikilidə yanğın olub

Bakı. Trend:

Paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 40 kvadratmetr olan ikimərtəbəli (birinci mərtəbədə sanitar qovşağı və hamam, ikinci mərtəbədə köməkçi otaq) tikilinin dam örtüyü 20 kvadratmetr sahədə və ona bitişik ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evin dam örtüyü 5 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti