...

Kürdəmirdə "patı və heroin alverçisi yaxalandı

Hadisə Materials 22 Sentyabr 2021 17:04 (UTC +04:00)
Kürdəmirdə "patı və heroin alverçisi yaxalandı

Bakı. Samir Əli - Trend:

Kürdəmir rayon sakinindən "patı" və heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Sığırlı kənd sakini Famil Süleymanov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti