...

Ağcabədidə polisə yalan məlumat verən şəxs cərimələnib

Hadisə Materials 7 Oktyabr 2021 11:29 (UTC +04:00)
Ağcabədidə polisə yalan məlumat verən şəxs cərimələnib

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Ağcabədi rayonunda məskunlaşmış məcburi köçkünün kombisinin oğurlanması barədə polisə məlumat verdiyi üçün cərimələnməsi məsələsinə münasibət bildirib.

Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Vətəndaşın iddiaları həqiqəti əks etdirmir. Ağcabədi rayon Taxta-Körpü qəsəbəsində yaşayan Azər Haqverdiyev kombinin oğurlanması ilə bağlı etdiyi müraciət əsasında Laçın Rayon Polis Şöbəsində araşdırma aparılıb. Məlum olub ki, vətəndaş quraşdırılan kombinin elektron funksiyasından və markasından xoşu gəlmədiyi üçün oğurlanması barədə polisə məlumat verib.

Aparılan araşdırmalarla məlumatın yalan olduğu sübuta yetirildiyi üçün A.Haqverdiyev İnzibati Xətalar Məcəlləsinin 564-cü (Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma) maddəsinə uyğun olaraq, barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti