Bakı. Trend:
Oktyabrın 16-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yerli vaxtla saat 21:44-də qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3,1-ə bərabər olub.