...

Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi

Hadisə Materials 21 Oktyabr 2021 15:00 (UTC +04:00)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq Tovuzda qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qan qrupundakı uyğunsuzluqla bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılıb: "Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilib.

Odur ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyildir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti