...

Ötən ay itkin düşən 69 yaşlı şəxs axtarılır (FOTO)

Hadisə Materials 22 Oktyabr 2021 13:25 (UTC +04:00)
Ötən ay itkin düşən 69 yaşlı şəxs axtarılır (FOTO)

Bakı. Trend:

Ötən ay itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yevlax rayonunda qeydiyyatda olan 69 yaşlı Səlim Səlimov 2021-ci il sentyabrın 26-da paytaxtın Nəsimi rayonu ərazisində itkin düşüb.

Həmin gün onun əynində üzərində boz nöqtələri olan qara rəngli köynək, qara rəngdə şalvar, göy rəngdə ayaqqabı olub. Ağ saçlı, dişləri seyrəkdir, qüsurlu danışır, çilə barmaqlarının hər ikisində ət xalı var.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (051) 300-03-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti