...

9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb

Hadisə Materials 23 Oktyabr 2021 10:23 (UTC +04:00)
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb

Bakı. Samir Əli - Trend:

Bu ilin 9 ayı ərzində ölkə ərazisində 57 partlayış olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisələr nəticəsində 9 nəfər ölüb, 54 nəfər yaralanıb.

Partlayış hadisələri nəticəsində köməksiz vəziyyətdə qalan 7 nəfər xilas edilib.

Məlumatda bildirilir ki, hesabat dövründə ümumilikdə respublika ərazisində 13091 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 386 hadisə və ya 3% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti