...

Qazaxda narkotik alverçisi saxlanılıb

Hadisə Materials 29 Oktyabr 2021 10:19 (UTC +04:00)
Qazaxda narkotik alverçisi saxlanılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Mahal Əliquliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və oradan müxtəlif bükümlərdə narkotik vasitə olan, “heroin”, “metamfetamin” və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti