...

Bakıda yük avtomobili və avtobusun iştirakı ilə zəncirvari qəza baş verib (FOTO)

Hadisə Materials 29 Oktyabr 2021 23:01 (UTC +04:00)

Bakı. Trend:

“20 Yanvar” dairəsindən Z. Bunyadov prospekti istiqamətində tuneldə yol nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Bildirilir ki, 09 BO 440 DQN-lı yük avtomobili eyni istiqamətdə hərəkət edən 4 minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 DQN-lı avtobusla toqquşub.

İlkin məlumata görə qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib. Sərnişin avtobusu depoya qayıtdığından sərnişin olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti