...

Abşeronda avtobus yanıb

Hadisə Materials 4 Noyabr 2021 19:33 (UTC +04:00)
Abşeronda avtobus yanıb

Bakı. Trend:

Abşeron rayonunda təmirə dayanan “Iveco” markalı sərnişin avtobusunun salon hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan “МАЗ” markalı avtokranın güzgüsü və sol qapısı qarsalanıb.

Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti