...

Bakıda "patı" alverçisi silahla yaxalandı (FOTO)

Hadisə Materials 16 Noyabr 2021 09:54 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Paytaxtda hərəkət edən avtomobildə odlu silah və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə dövlət qeydiyyat nişanı vurulmadan, etibarnaməsiz idarə edilən “Şevralet” Aveo markalı avtomobil saxlanılıb.

Daxil olan əməliyyat məlumatı əsasında Yardımlı rayon sakini 1997-ci il təvəllüdlü Samir Əmirovun idarə etdiyi avtomobildən 1 ədəd "Makarov" konstruksiyalı PM modelli tapança, 1 ədəd daraq, 1 ədəd patron və 1 büküm 4,474 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. S.Əmirov barəsində məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti