...

Xaçmazda 17 yaşlı gənc itkin düşüb (FOTO)

Hadisə Materials 18 Noyabr 2021 10:36 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov sentyabr ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, F.Əşrəfov 172 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli idman kurtkası və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti