...

Hindistanın cənub-şərqində azı 17 nəfər daşqınlar nəticəsində həyatını itirib

Hadisə Materials 20 Noyabr 2021 08:19 (UTC +04:00)
Hindistanın cənub-şərqində azı 17 nəfər daşqınlar nəticəsində həyatını itirib

Bakı. Trend:

Hindistanın cənub-şərqindəki Andhra Pradeş ştatında musson leysanları nəticəsində azı 17 nəfər ölüb.

Trend xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, daha 100 nəfər itkin düşüb.

Noyabrın 18 axşam saatlarında başlayan leysan daşqınlara səbəb olub, bir sıra kəndləri su basıb. Zərər çəkmiş ərazilərdə xilasetmə əməliyyatına başlanılıb, əməliyyatlarda ölkənin Hərbi Hava Qüvvələrinin helikopterləri ekipajları və təbii fəlakətlərlə mübarizə qüvvələrinin bölmələri iştirak edir.

Ştatın bəzi ərazilərində 200 mm-ə qədər yağıntı düşüb, zərərçəkənlər üçün müvəqqəti yaşayış düşərgələri yaradır və əhalini pulsuz yeməklə təmin edir.

Ölkənin baş naziri ştata lazımi yardımın göstəriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti