...

Masazırda ev yanıb

Hadisə Materials 29 Noyabr 2021 11:35 (UTC +04:00)
Masazırda ev yanıb

Bakı. Trend:

Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 675 kv.m (hər mərtəbəsi 225 kv.m) olan mansarda tipli üçmərtəbəli evin ikinci mərtəbəsinin və mansardasının yanar konstruksiyaları 450 kv.m sahədə, birinci mərtəbəsinin tavanı 24 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti