...

Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb

Hadisə Materials 9 Dekabr 2021 09:25 (UTC +04:00)
Hacıqabul sakinindən sənədsiz ov tüfəngi götürülüb

Bakı. Trend:

Hacıqabul rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəncbər kənd sakini İlqar Qəhrəmanovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti