...

Ağsuda şadlq sarayının sahibi 4 min manat cərimələnib

Hadisə Materials 11 Dekabr 2021 13:09 (UTC +04:00)
Ağsuda şadlq sarayının sahibi 4 min manat cərimələnib

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı toy mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər ərazisində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar obyekti işlədən Elnur Abbasov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti