...

Bərdədə iki azyaşlı uşaq çayda boğularaq ölüb

Hadisə Materials 20 Dekabr 2021 19:08 (UTC +04:00)
Bərdədə iki azyaşlı uşaq çayda boğularaq ölüb

Bakı. Trend:

Bərdədə iki azyaşlı uşaq çayda boğularaq ölüb.

Trend-in yerli bürosu xəbər verir ki, hadisə Bərdə şəhərində baş verib.

2012-ci il təvəllüdlü Qurbanov İbrahim Zöhrab oğlu və 2014-cü il təvəllüdlü Qurbanov Allahverdi Vasif oğlu Tərtər çayına düşərək boğulublar. Hər iki uşaq sudan çıxarılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin dediyinə görə, uşaqlar valideynləri ilə birlikdə çay sahilində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasiminə gedibmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti