...

Bakıda ağır qəza: 3 nəfər öldü (FOTO)

Hadisə 19 Yanvar 2022 10:26 (UTC +04:00)
Bakıda ağır qəza: 3 nəfər öldü (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Bakı şəhər sakini Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi VAZ-2109 markalı avtomobili ilə toqquşub.

Hadisə nəticəsində sürücü E.Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti