...

Salyan sakini yivli silaha görə həbs edilib

Hadisə Materials 5 Fevral 2022 09:27 (UTC +04:00)
Salyan sakini yivli silaha görə həbs edilib

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakini Vurğun Sadıqov saxlanılıb.

Həmin şəxsdən bir ədəd saz vəziyyətdə olan “İj 56-3” markalı yivli ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti