...

Prokurorluq uşağa atası tərəfindən əzab verilməsi ilə bağlı məsələyə münasibət bildirib

Hadisə Materials 18 Fevral 2022 18:54 (UTC +04:00)
Prokurorluq uşağa atası tərəfindən əzab verilməsi ilə bağlı məsələyə münasibət bildirib

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq paytaxtın Xəzər rayonu sakini 2017-ci il təvəllüdlü azyaşlının atası tərəfindən döyülməsi və ona əzab verilməsi ilə bağlı məsələyə münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Trend-ə açıqlamasında deyib ki, daxil olmuş müraciət əsasında Xəzər rayon prokurorluğunda araşdırma aparılıb.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

"Aparılmış araşdırmalarla müəyyən olunub ki, azyaşlının atası döyməklə və sair zorakı hərəkətlərlə ona güclü fiziki ağrı və psixi iztirablar verib.

Azyaşlının sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib. Bundan başqa, araşdırmalarla müəyyən olunub ki, azyaşlının on altı yaşına çatmayan 2006-cı il təvəllüdlü bacısı isə qanunsuz olaraq nikaha daxil olub.

Həmçinin, rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilib ki, 2021-ci ilin dekabr ayının sonlarında əri tərəfindən uşaqların anasının üzərinə qaynar su tökülərək qəsdən sağlamlığına az ağır dərəcəli hesab olunan xəsarət yetirilib.

Qeyd olunan faktlarla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. İş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilib. Uşaqların pozulmuş hüquqlarının bərpası ilə bağlı Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin görülməsi təmin ediləcək", - K. Zeynalov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti