...

Suraxanı sakini həmyerlisi tərəfindən ov silahı ilə öldürülüb

Hadisə Materials 22 Fevral 2022 17:20 (UTC +04:00)
Suraxanı sakini həmyerlisi tərəfindən ov silahı ilə öldürülüb

Bakı. Trend:

Fevralın 22-də paytaxtın Suraxanı rayon sakini İlkin Cavadovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi Tural Məmmədovun aralarında yaranmış mübahisə zamanı yivsiz ov silahı ilə İlkin Cavadovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Tural Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti