...

Sumqayıtda binada yanğın olub, sakinlər təxliyə edilib

Hadisə Materials 22 Fevral 2022 18:17 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzildə 1 ədəd çarpayı və yataq dəsti yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti