...

Beyləqanda fərdi ev yanıb

Hadisə Materials 27 Fevral 2022 09:25 (UTC +04:00)
Beyləqanda fərdi ev yanıb

Bakı. Trend:

Beyləqanda birmərtəbəli ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti