Bakı. Trend:
Abşeron rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 44 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 20 m² olan artırma tikili yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb