...

Gəncə sakinlərində narkotik aşkarlanıb (FOTO/VİDEO)

Hadisə Materials 4 Mart 2022 15:09 (UTC +04:00)
Gəncə sakinlərində narkotik aşkarlanıb (FOTO/VİDEO)

Bakı. Fərid Zöhrabov - Trend:

Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Loğman Talıbov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin” aşkar edilib.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Natiq Yusifov saxlanılaraq polis idarəsinə gətirilib. Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə “heroin” və bir ədəd içərisində “heroin” olan şpris aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti