...

Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Hadisə Materials 9 Mart 2022 17:02 (UTC +04:00)
Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır

Bakı. Fərid Zöhrabov - Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində iki qovaq ağacının kəsildiyi aşkar edilib.

Trend xəbər verir ki, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda Abşeron Rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti