...

Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var (FOTO/VİDEO)

Hadisə Materials 15 Mart 2022 13:35 (UTC +04:00)
Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Mingəçevir. Trend:

Mingəçevir şəhərində yol qəzası olub, xəsarət alanlar var.

Trend-in yerli bürosunun məlumatına görə, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.

İlkin məlumata görə, M.Maqomayev prospekti ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili ilə VAZ markalı minik avtomobili toqquşub. Hər iki avtomobilin sürücüləri Qoşqar Bahadurbəyli və Anar Quliyev başlarından xəsarət alıblar, onlara təcili yardım briqadasının əməkdaşları tərəfindən ambulator tibbi yardım göstərilib. Avtomobillərə də ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti