...

Şəmkirdə birmərtəbəli ev yanıb, ölən var

Hadisə Materials 6 Aprel 2022 08:43 (UTC +04:00)
Şəmkirdə birmərtəbəli ev yanıb, ölən var

Bakı. Trend:

Şəmkir rayonunun Əliyaqublu kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Məmmədova Cəmilə İsmayıl qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti