...

Bakıda "Toyota" dirəyə çırpıldı, ölən və yaralanan var

Hadisə Materials 14 Aprel 2022 11:37 (UTC +04:00)
Bakıda "Toyota" dirəyə çırpıldı, ölən və yaralanan var
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 13-də saat 22 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Ağstafa rayon sakini Şahin Hacıməmmədov idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı dirəyə vurub.

Nəticədə sürücü və bir sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Nərimanov RPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti