Bakı. Trend:
Bakı şəhərinin Qaradağ rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 150 m² olan bir dam altında bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən sahəsi 70 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, tavanı və ev əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.