...

Keçmiş məhkum anbardan 30 min manatlıq oğurluq edib

Hadisə Materials 19 May 2022 12:35 (UTC +04:00)
Keçmiş məhkum anbardan 30 min manatlıq oğurluq edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda avtomobil ehtiyatı hissələri anbarından külli miqdarda oğurluq olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə mayın 13-dən 15-dək olan müddətdə rayon ərazisindəki anbarların birindən 30.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Nizaməddin Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti