...

"Aztelekom"-un əməkdaşını Şamaxıda elektrik cərəyanı vurub

Hadisə Materials 20 May 2022 12:34 (UTC +04:00)
"Aztelekom"-un əməkdaşını Şamaxıda elektrik cərəyanı vurub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxı rayonunda "Aztelekom"MMC-nin əməkdaşı ölüb.

Şamaxı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti