...

Evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 21 May 2022 13:34 (UTC +04:00)
Evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti