...

Bərdədə qadının əri tərəfindən öldürüldüyü evdən görüntülər (FOTO/VİDEO)

Hadisə Materials 26 May 2022 14:31 (UTC +04:00)
Bərdədə qadının əri tərəfindən öldürüldüyü evdən görüntülər (FOTO/VİDEO)

Bərdə. Trend:

Dünən Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucova əri 1996-cı il təvəllüdlü Təbriz Orucov tərəfindən öldürülüb.

Trend-in yerli bürosu xəbər verir ki, T.Orucov həyat yoldaşını ov tüfəngindən atəş açaraq qəsdən öldürüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisə yerindən görüntüləri təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti