Bakı. Trend:
Hindistanın şimalında kimya zavodunda baş verən partlayış nəticəsində azı 12 nəfər həyatını itirib.
Trend xəbər verir ki, yerli KİV-lərin məlumatında görə daha 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd olunur ki, hadisə Uttar Pradeş ştatının Xapur dairəsində baş verib. Partlayışdan sonra yanğın başlayıb. Yanan binanın içərisində insanların olması istisna edilmir.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
İnsidentin başvermə səbəbləri haqqında məlumat verilmir.