...

Beyləqanda 35 yaşlı kişi güllələndi

Hadisə Materials 5 İyun 2022 10:57 (UTC +04:00)
Beyləqanda 35 yaşlı kişi güllələndi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 5-i saat 08 radələrində Beyləqan rayonu Mayak qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Bəhruz Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Beyləqan rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il təvəllüdlü Arif Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan iki dəfə atəş açaraq Bəhruz Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti