...

Türkiyədə zəncirvari avtomobil qəzasında azı 15 nəfər xəsarət alıb

Hadisə Materials 7 İyun 2022 02:11 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Trend yerli KİV-lərə istinadla xəbər verir ki, qəza Düzcə bölgəsində qeydə alınıb.

Düzce şəhərinin Kaynaşlı rayonunda TEM şosesində iki yük avtomobili, mikroavtobus və pikapın iştirakı ilə baş verən zəncirvari yol qəzasında 15 nəfər yaralanıb. Şossedə hərəkətin qismən məhdudlaşdırıldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və poli cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti