...

Şabranda 16 yaşlı yeniyetmə narkobaron əmisini ifşa etdi

Hadisə Materials 30 İyun 2022 11:22 (UTC +04:00)
Şabranda 16 yaşlı yeniyetmə narkobaron əmisini ifşa etdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şabranda 16 yaşlı yeniyetmədən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, 16 yaşlı A.Əliyevdən marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun marixuananı əmisi M.Əliyevin evindən götürməsi müəyyən olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu, oradakı yardımçı təsərrüfatdan isə 31 qrama yaxın marixuana götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti