...

Türkiyədə torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub

Hadisə Materials 1 İyul 2022 11:33 (UTC +04:00)
Türkiyədə torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub

Bakı. Trend:

Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasından (ABADA) bildirilib.

Qeyd edilib ki, uçqun nəticəsində Türkiyə vətəndaşları olan daha iki TIR sürücüsü xəsarət alıb: “Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti