...

Gəncədə qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunub (FOTO)

Hadisə Materials 8 İyul 2022 19:12 (UTC +04:00)
Gəncədə qaydaları pozan sürücülər məsuliyyətə cəlb olunub (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, 10-a yaxın gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Qeyd edilməlidir ki, saxlanılan şəxslərdən bir neçəsi daha əvvəl də anoloji inzibati xəta törədərək məsuliyyətə cəlb olunub.

Bundan başqa, onların arasında Vətən Müharibəsi qazilərinin və iştirakçılarının olması isə təssüf doğuran haldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti