Bakı. Trend:
Ağcabədi rayonunun Aran kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.