...

Lerik və Masallıda birmərtəbəli ev yanıb

Hadisə Materials 17 İyul 2022 20:58 (UTC +04:00)
Lerik və Masallıda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Lerik rayonunun Aran kəndində ümumi sahəsi 128 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və bitişik, ümumi sahəsi 30 m² olan talvarın altına yığılan 6 ton ot bağlamasının 1 tonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Masallı rayonunun Köhnə Alvadı kəndində ümumi sahəsi 75 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti