Bakı. Trend:
Yevlax şəhərində ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 24 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.