Bakı. Trend:
Bakının Qaradağ rayonunda vulkan püskürüb.
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
"11.08.2022-ci il tarixində yerli vaxtla 09:36-da Lökbatanda palçıq vulkanı püskürüb. Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəq. 12 san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.
Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan və Qusar seysmik stansiyalarında qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
XXX
Saat 11.08
Bakının Qaradağ rayonunda vulkan püskürüb.
Trend xəbər verir ki, vulkan püskürməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.