...

Lənkəranda 8 nəfər saxlanılıb, 4 kiloqramdan artıq narkotik götürülüb (FOTO)

Hadisə Materials 18 Avqust 2022 16:46 (UTC +04:00)
Lənkəranda 8 nəfər saxlanılıb, 4 kiloqramdan artıq narkotik götürülüb (FOTO)

Bakı. Trend:

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Həmin tədbirlər nəticəsində ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elçin Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq E. Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı həmin evin zirzəmisindən 2 ədəd bağlamada ümumi çəkisi 4 kiloqram 215 qram heroin aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşlarının əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 7 nəfər saxlanılıb. Onların hər birindən hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb. Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 4-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti