...

Bakıda binadakı yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 Oktyabr 2022 23:42 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Yanğın FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ölən və ya ciddi xəsarət alanın olmadığı bildirilir.

xxx

23:29

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti