...

210 kq at ətinin satışa çıxarılmasının qarşısı alınıb

Hadisə Materials 14 Oktyabr 2022 17:38 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Trend xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş reyd zamanı İsmayıllı rayonu, Yuxarıbaş kəndində vətəndaş Ziliyev Vüqar Təşkilat oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində ümumi çəkisi 210 kq 2 baş at cəmdəyi qalıqları aşkarlanıb. İlkin araşdırmalar nəticəsində heyvanın aqoniya halında kəsildiyi və istehlaka yararsız olduğu müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulun toxunulmazlığı təmin edilib və nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti