...

Frankfurt-Astana reysi ilə uçan təyyarə Bakı hava limanına enib

Hadisə Materials 22 Oktyabr 2022 21:05 (UTC +04:00)

Bakı. Trend:

"Lufthansa" aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub.

"Airbus A330" təyyarəsi yerli vaxtı ilə saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.

Xəbər lenti

Xəbər lenti