...

Azərbaycana narkotik daşıyan dəstəyə 32 il cəza verildi

Hadisə Materials 25 Oktyabr 2022 11:11 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə itəqsirləndirilən Röyal Rəhimov və Sirac Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Röyal Rəhimov 15 il, Sirac Kırimli isə 17 il azadlıqdan mərhum ediliblər.

İttihama görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Röyal Rəhimov və əvvəllər məhkum olunmuş Sirac Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar. Onların üzərindən və Röyal Rəhimovun avtomobilindən 22 kiloqram, o cümlədən 12 kiloqram heroin və 10 kiloqramdan artıq metamfetamin aşkar edilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər narkotik vasitəni İran vətəndaşı olan Yəhya adlı şəxsdən qəbul ediblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti